Ukrayna bir gecədə Rusiyanın üç iri logistika mərkəzini vurdu - VİDEO

Ukrayna bir gecədə Rusiyanın üç iri logistika mərkəzini vurdu - VİDEO
24.08.2026 13:17 Dünya

Avqustun 24-nə keçən gecə Ukrayna dronlarının Rusiyanın cənub və Şimali Qafqaz bölgələrinə hücumu zamanı Ozon şirkətinin üç logistika mərkəzi hədəfə alınıb.

TodayPress TV xəbər verir ki, zərbələrin Adıgey Respublikasının Adıgeysk şəhərində, Stavropol diyarının Nevinnomıssk şəhərində və Dağıstanın Mahaçqala şəhərində yerləşən obyektlərə dəydiyi bildirilir.

Mahaçqaladakı logistika mərkəzində zərbədən sonra yanğın baş verib. İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Adıgey və Nevinnomısskdakı obyektlərdə isə əməkdaşlar təxliyə edilib. Ozon hücumdan sonra zərərçəkən mərkəzlərin fəaliyyətini müvəqqəti dayandırıb.

Bəzi mənbələr Dağıstanın Tübe sənaye parkındakı Ozon kompleksinin və Krasnodardakı logistika obyektinin də hücum zamanı hədəfə alındığını bildirir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər