Alvares üçün transfer savaşı qızışır: “Atletiko”dan sərt şərt
“Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin bu yay komandadan ayrılmasının yalnız 150 milyon avroluq təklif qarşılığında mümkün olduğu bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Məlumata görə, Londonun “Arsenal” klubu uzun müddətdir 26 yaşlı argentinalı futbolçu ilə maraqlanır. Lakin “Atletiko” hazırda “Arsenal”dan 150 milyon avroluq rəsmi təklif almayıb və “hindular” “topçular”ın bu məbləği ödəməyə hazır olub-olmadığına şübhə edirlər.
Daha əvvəl “Real Madrid”in Alvares üçün 150 milyon avro təklif etdiyi, lakin “Atletiko”nun bu təklifi rədd etdiyi barədə məlumat yayılmışdı. Bununla belə, Madrid klubunda həmin təklifin ciddiliyinə də şübhə ilə yanaşılıb.
Qeyd edək ki, Alvares avqustun 23-də yeni mövsümdə “Atletiko”nun heyətində ilk oyununa çıxıb. Argentinalı hücumçu La Liqanın II turunda “Vilyarreal”la ev matçının (2:2) ikinci hissəsində meydana daxil olub.
Futbolçunun komandaya qayıdışı azarkeşlərin mənfi reaksiyası ilə müşayiət olunub. “Atletiko” tərəfdarları qarşılaşmanın böyük hissəsində Alvaresi fitə basıblar.
Namiq HUN