İran bu media qurumlarını hədəfə aldı - SİYAHI

İran bu media qurumlarını hədəfə aldı - SİYAHI
26.08.2026 19:12 Dünya

İran Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi Əbül Fəzl Şekarçi BBC, Iran International və Radio Farda kimi media qurumlarını “hərbi hədəf” siyahısına daxil etməyin mümkün olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Şekarçi bu media qurumlarının guya İsrailin Mossad, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və digər kəşfiyyat strukturları ilə birbaşa əlaqəli olduğunu, onlardan göstəriş və dəstək aldığını iddia edib.

“Bu media qurumlarında çalışan insanlar sionizmin və cinayətkar Amerikanın əsgərləridir. Onları hərbi hədəflər siyahısına daxil etmək olar, çünki bizim baxışımıza görə, bunlar media deyil”, - deyə Şekarçi bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər