Ağdamda açıq sahədə yanğın başladı

Ağdamda açıq sahədə yanğın başladı
24.08.2026 18:19 Hadisə

Ağdam rayonunun Gülablı kəndi ərazisində açıq sahələrdə güclü yanğın başlayıb.

TodayPress TV xəbər verir ki, yanğın küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb.

Hazırda alov Gülablı kəndi ərazisində yerləşən dağ massivindəki meşə zolaqlarına doğru irəliləyir.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Ağdam rayon bölmələrinin əməkdaşları yanğının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər