Niderlanddan növbəti zəfər: Portuqaliya darmadağın edildi
Bakıda keçirilən qadın voleybolu üzrə Avropa çempionatının C qrupunda II turun ilk oyunu baş tutub.
TodayPress TV xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən qarşılaşmada Niderland millisi Portuqaliya yığmasını məğlub edib.
“Narıncılar” görüşdən 3:0 hesabı ilə qalib ayrılıb. Setlər Niderlandın üstünlüyü ilə müvafiq olaraq 25:21, 25:18, 25:23 hesabları ilə başa çatıb.
Niderland millisi turnirin I turunda Rumıniyanı da 3:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, günün ikinci matçında Azərbaycan millisi Rumıniya ilə qarşılaşacaq. Görüş saat 18:30-da başlayacaq.
Namiq HUN