Qırmızı dənizdə müharibə alovlanır: Səudiyyə Ərəbistanının tankeri vuruldu
Yəməndəki üsyançı “Ənsar Allah” hərəkatı (husilər) Qırmızı dənizin mərkəzi hissəsində yerləşən Yanbu şəhəri yaxınlığında Səudiyyə Ərəbistanının tankerinə və quru qüvvələrinə zərbələr endirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə husilərin xüsusi bəyanatında bildirilib.
Mətndə qeyd olunub ki, “Ənsar Allah” qüvvələri Qırmızı dənizdə Yanbu sahilləri yaxınlığında Səudiyyə Ərəbistanına məxsus “Amzan” neft tankerinə ballistik raketlə zərbə endirib. Bildirilib ki, hücum nəticəsində gəmidə yanğın baş verib.
Hərəkatın məlumatına görə, Səudiyyə qoşunlarının cəmləşdiyi mövqelərə qarşı iki hərbi əməliyyat keçirilib.
Aysel Mətləb