Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib

Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
24.08.2026 17:49 Xarici siyasət

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi III dərəcəli “Ləyaqət Ordeni” ordeni ilə təltif edib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Diplomatın sözlərinə görə, V.Zelenski Ukraynanın bir sıra beynəlxalq tərəfdaşlarını dövlət mükafatları ilə təltif edib.

"Təltif edilənlər arasında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də var, o, III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib. Təbrik edir və əməkdaşlığa görə təşəkkür edirik", - səfir yazıb.

Hikmət Hacıyevin ordenlə təltif edilməsi haqqında fərman Ukrayna Prezidentinin saytında da dərc olunub.

Sənədə əsasən, H.Hacıyev və digər dövlətlərin bir sıra rəsmi şəxsləri dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə, Ukraynanın dövlət suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsinə verdikləri mühüm şəxsi töhfəyə görə yüksək mükafata layiq görülüblər.


XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər