Omanın XİN rəhbəri Tehrana gedir - Nələr müzakirə ediləcək?
Omanın xarici işlər naziri Bədr əl-Busaidi avqustun 25-i İrana səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Tehran və Maskat Hörmüz boğazından gəmilərin keçidini tənzimləmək üçün yol axtarırlar.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai vurğulayıb ki, Bədr Əl-Busaidi Hörmüz boğazının iki sahilyanı dövləti olaraq tərəflər arasında regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə kömək məqsədilə davam edən siyasi məsləhətləşmələr aparacaq.
“Səfər İran-Oman ikitərəfli əməkdaşlığının gücləndirilməsinə yönəlib və Əl-Busaidi İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək ikitərəfli və regional məsələləri müzakirə edəcək”, - deyə Bəqai əlavə edib.
Aysel Mətləb