Günel Həsənli və Tuncay Şamil Qazaq güləşi üzrə dünya çempionu oldular

Günel Həsənli və Tuncay Şamil Qazaq güləşi üzrə dünya çempionu oldular
24.08.2026 08:10 İdman

Azərbaycan komandası Qazaq güləşi üzrə dünya çempionatında beş medal qazanıb.

TodayPress TV xəbər verir ki, Bakıda keçirilən Qazaq güləşi üzrə dünya çempionatında komandamız iki qızıl və üç bürünc medal qazanıb.

Qadınlar arasında 70 kq çəki dərəcəsində mübarizə aparan Günel Həsənli bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

Azərbaycan millisinin ikinci qızıl medalını 100 kq çəki dərəcəsində çıxış edən Tuncay Şamil qazanıb.

Millinin digər üzvlərindən Məhəmməd Məmmədzadə (+100 kq), Diana Şoranova (77 kq) və Leyla Atayeva (60 kq) yarışı bürünc medalla başa vurublar.

Komanda hesabında Qazaxıstan birinci, Gürcüstan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Günel Həsənli və Tuncay Şamil Qazaq güləşi üzrə dünya çempionu oldular — 1
Günel Həsənli və Tuncay Şamil Qazaq güləşi üzrə dünya çempionu oldular — 2
Günel Həsənli və Tuncay Şamil Qazaq güləşi üzrə dünya çempionu oldular — 3
Günel Həsənli və Tuncay Şamil Qazaq güləşi üzrə dünya çempionu oldular — 4
XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər