PSJ Dembelenin müqaviləsinin müddətini uzatmaq istəyir

PSJ Dembelenin müqaviləsinin müddətini uzatmaq istəyir
26.08.2026 22:52 İdman

Fransanın PSJ klubu futbolçusu Usman Dembelenin müqaviləsinin müddətini uzatmaq istəyir.

TodayPress TV xəbər verir ki, Paris təmsilçisi 29 yaşlı hücumçu ilə danışıqları davam etdirir.

Fransalı oyunçunun yeni sözləşməsi 2029 və 2030-cu ilin yayınadək nəzərdə tutula bilər.

Xatırladaq ki, Dembelenin hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir. 2023-cü ildən komandada çıxış edən forvard 138 matçda 61 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2025-ci ildə "Qızıl top" mükafatını qazanıb.

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər