İranın hücumları ABŞ kəşfiyyatını “çökdürdü”

İranın hücumları ABŞ kəşfiyyatını “çökdürdü”
26.08.2026 21:06 Dünya

İranın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar Yaxın Şərqdə ABŞ-yə məxsus kəşfiyyat obyektləri və avadanlıqlarına “misli görünməmiş zərər” vurub.

TodayPress TV xəbər verir ki, NBC News-un məlumatına görə, hücumlar nəticəsində Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və digər ABŞ xüsusi xidmət orqanlarının istifadə etdiyi binalara və kəşfiyyat məlumatlarının toplanması sistemlərinə ziyan dəyib.

Mənbənin bildirdiyinə görə, zərər görən obyektlərin bərpasına milyardlarla dollar vəsait tələb oluna bilər.

Qeyd olunur ki, dağıntıların miqyası ABŞ kəşfiyyatına əvvəllər vurulan zərərlərlə müqayisədə görünməmiş səviyyədədir.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər