Qətərin Baş naziri müharibə başlayandan bəri İLK DƏFƏ İrana gedir

Qətərin Baş naziri müharibə başlayandan bəri İLK DƏFƏ İrana gedir
26.08.2026 23:24 Dünya

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani fevral ayında başlayan regional münaqişədən sonra ilk dəfə avqustun 27-də Tehrana səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə əmirliyin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari məlumat verib.

“Qətərin Baş naziri və xarici işlər naziri sabah Tehrana səfər edəcək. Onun regionda gərginliyin azaldılması və Hörmüz boğazında sərbəst gəmiçilik məsələlərini müzakirə edəcəyi gözlənilir”, - deyə o bildirib.

Əl-Ənsari əlavə edib ki, baş nazirin İrana səfəri Qətərin münaqişələrin diplomatik yolla həllinə sadiqliyini təsdiqləyir.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər