Azərbaycan millisi Avropa çempionatında Belçikaya uduzdu
Azərbaycan millisi Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda ilk məğlubiyyətini alıb.
TodayPress TV xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda IV turda Belçika ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:19, 25:22, 25:23)
Azərbaycan millisi 8 xalla qrupda 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, C qrupunun qarşılaşmaları avqustun 28-dək Bakıda təşkil olunacaq.