Tramp Ər-Riyadı seçim qarşısında qoydu: İsraillə normallaşma, yoxsa nüvə sazişi?
Səudiyyə Ərəbistanının İbrahim sazişlərinə qoşulmaması ABŞ Prezidenti Donald Trampın Vaşinqtonla Ər-Riyad arasında dinc nüvə əməkdaşlığı razılaşmasını qüvvədə saxlayıb-saxlamamaq qərarına təsir edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt mətbuat konfransında danışıb.
“Sonda bu, Prezident Trampın qərarıdır”, - deyə o, Səudiyyə Ərəbistanının Ağ Evin tələblərinə zidd olaraq İsraillə münasibətləri normallaşdırmaması halında ikitərəfli nüvə sazişinin taleyi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Amma düşünürəm ki, o (Tramp - red.) bu barədə açıq şəkildə danışır. O, illərdir ABŞ-nin Yaxın Şərqdəki müttəfiqi və tərəfdaşı olan Səudiyyə Ərəbistanının İbrahim sazişlərinə qoşulmasını istədiyini tam aydın şəkildə bildirib. ABŞ lideri bu iki məsələnin birlikdə baş verməsini istəyir. Düşünürəm ki, o, buna nail olmaq üçün fürsət pəncərəsi görür”, - deyə deyə Rayt əlavə edib.
Aysel Mətləb