Hörmüzdə minalar ilkin mövqelərindən sürüşmüş ola bilər?

Hörmüzdə minalar ilkin mövqelərindən sürüşmüş ola bilər?
27.08.2026 00:34 Dünya

ABŞ-nin müttəfiqləri Hörmüz boğazında hələ də minaların qalması ehtimalı olduğunu bildiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-nin müttəfiqləri hesab edirlər ki, Vaşinqton boğazın minalardan təmizlənməsi məsələsində yalnız qismən irəliləyiş əldə edə bilib. Müttəfiqlər hesab edirlər ki, bəzi minalar sualtı axınlar səbəbindən ilkin mövqelərini dəyişmiş ola bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər