FTB hərəkətə keçdi: Çin ABŞ-nin dövlət qurumlarını hədəfə alıb?
ABŞ Ədliyyə Nazirliyi Çinin ABŞ dövlət qurumlarına qarşı kiberhücumlar həyata keçirən QTFY adlı haker qrupunu maliyyələşdirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, nazirliyin məlumatına görə, qrup NASA, Federal Ehtiyat Sistemi (FED), Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi və ABŞ Senatına qarşı kiberhücumlar həyata keçirib.
Bildirilib ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) və Ədliyyə Nazirliyi haker qrupunun istifadə etdiyi QScan və QTRouter platformalarını sıradan çıxarıb.
Məlumata əsasən, ABŞ tərəfi hücumların qarşısının alınması və haker qrupunun fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Kübra Musayeva