Türkiyə və Litva müdafiə sahəsində əməkdaşlığı artırır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın Baş naziri Mindauqas Sinkeviçyus ilə telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, lider görüş zamanı Sinkeviçyusa yeni vəzifəsində uğurlar arzulayıb, iki ölkə arasındakı münasibətlərin hər keçən gün daha da güclənəcəyinə inandığını bildirib.
Prezident Türkiyə ilə Litvanın yeni dövrdə də müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə təmaslarını artırmasının faydalı olacağını ifadə edib.
Aysel Mətləb