Ermənistan Aİ-yə üzvlük prosesinə başlayır? - Paşinyan bəyan etdi
Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına (Aİ) üzvlük üçün müraciət prosesinə başlamağı planlaşdırır.
TodayPress TV Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə respublikanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı danışıb.
Paşinyanın sözlərinə görə, müraciətin təqdim edilməsi ölkənin Aİ-yə mümkün üzvlüyü barədə məlumat əldə etmək və zəruri islahatların müddətlərini müəyyənləşdirmək üçün lazımdır.
“Bu suallara cavablar üzərində işləmək üçün Ermənistan əvvəlcə Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət təqdim etməlidir. Bu, həm də böyük iş tələb edən prosesdir və biz, xüsusilə AİB-dəki (Avropa İqtisadi Birliyi) tərəfdaşlarımızın təkidli xahişlərini nəzərə alaraq, yəqin ki, yaxın gələcəkdə buna başlayacağıq”, - deyə siyasətçinin sözləri sitat gətirilib.
Aysel Mətləb