Tayvanda təbii fəlakət: Minlərlə sakin təhlükəsiz zonalara köçürülür

Tayvanda təbii fəlakət: Minlərlə sakin təhlükəsiz zonalara köçürülür
24.08.2026 20:00 Dünya

Tayvanın cənubunda güclü musson yağışlarının yağdığı bəzi ərazilərdən 4 mindən çox insan təxliyə edilib.

TodayPress TV xəbər verir ki, təxliyə əsasən Kaohsiun və Pindun dairələrində həyata keçirilir.

Dağlıq ərazilərdə torpaq sürüşməsi təhlükəsi ilə bağlı 119 xəbərdarlıq da elan edilib.

Adanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, güclü yağıntılar daha bir sutkadan çox davam edəcək, bundan sonra Tayvanın cənubunda hava sabitləşə bilər. Lakin daha sonra adanın şimalında leysan yağışları başlaya bilər.

Qeyd edək ki, güclü yağışlar avqustun 23-ü Tayvanın cənub və şərqini cənginə alıb. Pindun, Kaohsiun, Tainan, Taytung, Tszyayi və Hualyan dairələri xüsusilə zərər çəkib, bu ərazilərdə dövlət qurumları müvəqqəti bağlanıb, məktəblərdə dərslər dayandırılıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər