ABŞ-dən 200 min vizaya zərbə: Sığınacaq istəyənlər hədəfdə

ABŞ-dən 200 min vizaya zərbə: Sığınacaq istəyənlər hədəfdə
25.08.2026 10:58 Dünya

ABŞ administrasiyası ölkədə sığınacaq üçün müraciət edən və ya bu prosesə hazırlaşan xarici vətəndaşların 200 minə qədər turist və biznes vizasını ləğv etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, "Associated Press" (AP) Dövlət Departamentinin sənədlərinə istinadən yazıb ki, ABŞ rəsmiləri bu şəxslərin vizalarını müəyyənləşdirmək və ləğv etmək üçün Daxili Təhlükəsizlik Departamenti ilə əməkdaşlıq edir.

Söhbət ABŞ-yə qısamüddətli səfər məqsədilə gələn, daha sonra isə sığınacaq üçün müraciət edən əcnəbilərdən gedir.

Planın həyata keçirilməsi ABŞ-də vizaların kütləvi şəkildə ləğvi ilə nəticələnə bilər. Bununla belə, vizanın ləğvi həmin şəxslərin avtomatik olaraq deportasiya ediləcəyi anlamına gəlmir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 AVQUST 2026
Bütün Xəbərlər