“Qiyamət günü radiosu” 19 şifrəli mesaj verdi: Avqustun 27-də nə baş verir?

“Qiyamət günü radiosu” 19 şifrəli mesaj verdi: Avqustun 27-də nə baş verir?
27.08.2026 17:15 Dünya

“Qiyamət günü radiosu” kimi tanınan UQB-76 qısadalğalı radiostansiyası avqustun 27-də səhər saatlarından etibarən 19 mesaj yayımlayıb.

TodayPress TV xəbər verir ki, TASS-ın radioefirin onlayn monitorinq sistemlərinin məlumatları və radiohəvəskarların informasiyaları əsasında apardığı hesablamalara görə, 27 avqust ilin əvvəlindən etibarən radiostansiyanın efirə ən çox çıxdığı beş gündən biri olub.

İlk mesaj Moskva vaxtı ilə saat 06:57-də səslənib. Bu, musiqi termini olan “podqolosok” (müşayiətedici səs) sözü olub. Bundan sonra saat 14:31-dək müxtəlif fasilələrlə daha 18 söz yayımlanıb. Onların arasında rus dilində mövcud olan sözlərlə yanaşı, lüğətlərdə rast gəlinməyən söz formaları da olub. Sonuncular arasında “skipokrat”, “stıkodust”, “maxokran”, “vvozorul” və “buntolyot” sözləri səslənib.

İlin əvvəlindən etibarən ən çox sözün yayımlandığı gün 11 fevral olub. Həmin gün UQB-76-nın efirində 28 söz səslənib. İyunun 24-də gün ərzində 27, martın 12-də 20, iyunun 30-da isə 16 söz yayımlanıb.

Qeyd edək ki, radiostansiyanın tezliyində bundan əvvəlki yayım avqustun 24-də qeydə alınıb. Həmin gün ərzində dörd mesaj səslənib.

Qeyri-rəsmi olaraq UQB-76 və ya “Qiyamət günü radiosu” adlandırılan radiostansiya XX əsrin 70-ci illərindən etibarən qısadalğalı tezliklərdə yayımlanır. Onun təyinatı ilə bağlı rəsmi təsdiq yoxdur. Radiostansiya öz tezliyində mütəmadi olaraq müxtəlif söz formalarından ibarət kodlaşdırılmış mesajlar yayımlayır. Səsli mesajlar arasındakı fasilələrdə isə, bir qayda olaraq, UQB-76 tezliyində səsli marker işləyir. Buna görə də radiostansiyaya “vızıltı” ləqəbi verilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər