Martines “Çelsi”ni seçdi – transfer üçün son qərar gözlənilir!
“Aston Villa”nın və Argentina millisinin qapıçısı Emiliano Martines “Çelsi”yə keçməyə hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilir ki, 33 yaşlı qapıçı “Çelsi”nin layihəsində iştirak etməyə razılıq verib və transfer pəncərəsi bağlanana qədər keçidin reallaşacağına ümid edir.
“Emiliano Martines artıq “Çelsi”nin layihəsində iştirak etməyə razılıq verib. O, kluba keçmək istəyir və transfer pəncərəsi bağlanana qədər keçidin baş tutacağına ümid edir. “Tottenhem” hazırda Kinski və Dubravkadan razı olduğu üçün transferdə maraqlı deyil. Qərar “Çelsi”dən asılıdır. Daxili danışıqlar davam edir”, – deyə Romano bildirib.
Martines 2025/2026-cı illər mövsümündə İngiltərə Premyer Liqasında 32 matçda iştirak edib. Argentinalı qapıçı UEFA Avropa Liqasında isə 11 qarşılaşmada meydana çıxıb.
Namiq HUN