Alvares üçün “Barselona”ya qapılar bağlandı – “Atletiko” qərarını verdi!
Madridin “Atletiko” klubu hücumçusu Xulian Alvaresin “Barselona”ya mümkün transferi ilə bağlı rəsmi açıqlama yayıb.
TodayPress TV xəbər verir ki, klubun İdarə Heyətinin üzvləri Alvaresin Kataloniya təmsilçisinə keçidi ilə bağlı “Barselona” ilə danışıqlar aparmamaq qərarını yekdilliklə dəstəkləyiblər.
“Atletiko” bildirib ki, klub transfer bazarında danışıqlara açıqdır, lakin bütün proseslərin etik və peşəkar şəkildə, qarşılıqlı hörmət prinsipləri əsasında aparılmasını vacib sayır. Madrid təmsilçisi “Barselona”nın bu tələblərə cavab vermədiyini və buna görə də Alvaresin transferi ilə bağlı katalonlarla heç bir danışıqların aparılmadığını vurğulayıb.
Klub bundan sonra da “Barselona” ilə argentinalı hücumçunun transferi barədə danışıqlar aparılmayacağını açıqlayıb.
“Atletiko” rəhbərliyi Alvaresin bu qərarı anlayacağına və komandanın qarşısına qoyduğu məqsədlərə çatmasına kömək etmək üçün bütün gücü ilə çalışmağa davam edəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, Alvares 2024-cü ilin yayından “Atletiko”da çıxış edir. Argentinalı futbolçu Madrid klubunun heyətində keçirdiyi iki mövsümdə komandanın əsas oyunçularından birinə çevrilib.
Namiq HUN