Macarıstanın Baş naziri Rusiyanı “təhlükə” elan etdi
Macarıstanın yeni Baş naziri Peter Madyar tərəfindən imzalanan və BMT Baş Assambleyası üçün hazırlanan rəsmi sənəddə Rusiya ölkə üçün açıq təhlükə adlandırılıb.
TodayPress TV xəbər verir ki, "DW"nin yaydığı məlumata görə, sənəddə Macarıstanın Rusiyanın hərbi əməliyyatlarını kəskin şəkildə pislədiyi və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini tam dəstəklədiyi vurğulanır.
Rəsmi Budapeşt Moskvanın bu addımlarının Macarıstan, Avropa və qlobal dünya nizamı üçün ciddi təhdid yaratdığını bəyan edib.
Eyni zamanda, Macarıstan Ukraynada ədalətli, sabit sülhün və uzunmüddətli təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə yönəlmiş bütün beynəlxalq danışıqlar səylərini dəstəklədiyini bildirib.
Türkan İsgəndərli
TodayPress TV