Hollivud filmlərini xatırladan qarət: 1963-cü ildə tapılan 59 nadir eksponat oğurlandı
İspaniyanın Alikante şəhərindəki MARQ Arxeologiya Muzeyində Tunc dövrünə aid Villena xəzinəsi oğurlanıb.
TodayPress TV “20minutos.es”ə istinadən xəbər verir ki, gecə saatlarında quldurlar muzeyin pəncərəsini sındıraraq içəri daxil olublar.
Siqnalizasiya saat 05:16-da işə düşüb. Oğurluq cəmi dörd dəqiqə davam edib. Cinayətkarlar bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə sürətli və koordinasiyalı şəkildə hərəkət ediblər.
Hazırda İspaniya Mülki Qvardiyası oğurluğun necə baş verdiyini müəyyənləşdirmək və cinayətkarların kimliyini müəyyən etmək üçün müşahidə kameralarının görüntülərini araşdırır. İstintaqçılar barmaq izləri və digər sübutların axtarışını da davam etdirirlər.
Qeyd edək ki, Villena xəzinəsi Tunc dövrünə aid ən böyük xəzinələrdən biridir. O, Valensiya Tunc mədəniyyətinə aid edilir. Xəzinə ilk dəfə 1963-cü ildə Villena yaxınlığında aparılan qazıntılar zamanı aşkarlanıb. Tərkibində qızıl və gümüşdən hazırlanmış bir neçə qab, kasa, bilərzik və digər əşyalar var. Xəzinə ümumilikdə 59 əşyadan ibarətdir və çəkisi təxminən 10 kiloqramdır.
Qiymət Mahir