Aİ Qrenlandiya ilə saziş imzalayır: Trampın planlarından sonra Brüssel hərəkətə keçdi
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin 6-7 sentyabr tarixlərində Qrenlandiyaya səfəri zamanı Aİ ilə ada arasında təhlükəsizlik və əməkdaşlıq sazişi imzalanacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, fon der Lyayen səfər çərçivəsində Qrenlandiya və Danimarkanın baş nazirləri ilə görüşəcək və Aİ-Qrenlandiya təhlükəsizlik və əməkdaşlıq müqaviləsinin imzalanmasında iştirak edəcək.
Brüsselin Qrenlandiyaya marağı ABŞ Prezidenti Donald Trampın ada üzərində nəzarəti ələ keçirmək niyyətini dəfələrlə açıqlamasından sonra daha da artıb.
Qrenlandiya hazırda Aİ və NATO üzvü olan Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir.
Türkan İsgəndərli
TodayPress TV