İsveç Ukrayna üçün ABŞ silahlarına milyonlar ayırdı
İsveç hökuməti Ukraynaya dəstək məqsədilə silahlı qüvvələrə əlavə 270 milyon kron (28,36 milyon dollar) ödəməyi tapşırıb.
TodayPress TV xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, vəsaitin təxminən yarısı ABŞ-nin “Ukraynanın prioritet ehtiyaclar siyahısı” (PURL) təşəbbüsünə yönəldiləcək.
Qeyd edək ki, PURL çərçivəsində ABŞ Ukrayna Silahlı Qüvvələrinə müttəfiqlər və tərəfdaş ölkələr tərəfindən maliyyələşdirilən dəstək paketləri vasitəsilə Amerika istehsalı hərbi avadanlıqlar təqdim edir.
Aysel Mətləb