XİN: Nepalda zərərçəkənlər arasında azərbaycanlılar yoxdur

XİN: Nepalda zərərçəkənlər arasında azərbaycanlılar yoxdur
27.08.2026 11:27 Xarici siyasət

Nepal-Çin sərhədində baş verən daşqınlarda ölən, yaralanan və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının olması barədə bir məlumat daxil olmayıb.

TodayPress TV xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, Nepalda baş verən güclü sel nəticəsində ölənlərin sayı 150-ni ötüb, 570-dən çox insan itkin düşüb. Ümumilikdə, itkin düşənlərin siyahısında 579 nəfər var. Belə ki, 28 ölkədən 466 əcnəbi və 113 Nepal vətəndaşı itkin düşüb.

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər