Ermənistanın sabiq prezidenti həbs edildi

Ermənistanın sabiq prezidenti həbs edildi
27.08.2026 08:30 Dünya

Ermənistanın ikinci prezidenti Robert Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qərarı Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi hakim Sərqis Dadoyanın sədrliyi ilə qəbul edib. Məhkəmə müstəntiqin vəsatətini tam təmin edib.

Məlumata görə, Köçəryan məhkəmə prosesi zamanı səhhəti ilə bağlı xəstəxanaya aparılıb. Buna baxmayaraq, istintaq onun iştirakı olmadan davam etdirilib.

Köçəryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda çirkli pulların yuyulması və xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl hüquq-mühafizə orqanlarına Köçəryan və ölkənin üçüncü prezidenti Serj Sarkisyanla bağlı tədbirlər görülməsi barədə tapşırıq vermişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər