Leaunun taleyi həll olunur: “Qalatasaray”la razılaşma əldə edildi!

Leaunun taleyi həll olunur: “Qalatasaray”la razılaşma əldə edildi!
27.08.2026 10:14 İdman

“Milan” və “Qalatasaray” klubları portuqaliyalı sol cinah vingeri Rafael Leaunun transferi ilə bağlı razılığa gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, İstanbul təmsilçisi 27 yaşlı futbolçu üçün “Milan”a bonuslar nəzərə alınmadan 45 milyon avro ödəyəcək. Razılaşmaya əlavə bonuslar da daxil edilib və transferin detalları ilə bağlı danışıqlar bu gün davam etdiriləcək.

Bununla belə, yekun qərar Leauya məxsus olacaq. Çünki futbolçunun və “Milan”ın rəhbərliyinin “Aston Villa”dan da təklif aldığı bildirilir.

Daha əvvəl Leau ilə “Qalatasaray” arasında 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilənin şərtlərinin razılaşdırıldığı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, “Aston Villa” portuqaliyalı vinger üçün “Milan”a 8 milyon avroluq icarə haqqı və sonradan təxminən 42 milyon avroya məcburi satınalma şərti ilə təklif göndərib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər