Əfsanə komandasında qalır? Karri üçün yeni müqavilə gündəmdə

Əfsanə komandasında qalır? Karri üçün yeni müqavilə gündəmdə
27.08.2026 08:35 İdman

NBA-nın ulduz basketbolçusu Stefen Karri “Qolden Steyt Uorriorz”da karyerasının sonuna qədər qala bilər.

TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, klub yaxın vaxtlarda 38 yaşlı basketbolçu ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparacaq. 

Yeni anlaşma Karriyə karyerasını məhz “Qolden Steyt”də başa vurmaq imkanı verə bilər.

Daha əvvəl “Qolden Steyt”in baş meneceri Mayk Danlivi bildirib ki, klub Karrinin istədiyi istənilən müqaviləni təklif etməyə və onun komandada qalması üçün mümkün olan hər şeyi etməyə hazırdır.

Danlivi yekun qərarın basketbolçunun özündən asılı olduğunu da vurğulayıb. Onun sözlərinə görə, klub Karridən ayrılmaq niyyətində deyil. Hətta oyunçu dəyişdirilməsini istəsə belə, rəhbərlik bu variantı böyük həvəslə qarşılamasa da, onun qərarına hörmət edəcək.

Karri 2025/2026 mövsümündə orta hesabla 26,6 xal, 4,7 məhsuldar ötürmə və 3,6 ribaund toplayıb. O, hər oyunda 30,9 dəqiqə meydanda olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər