Kiyevdən sanksiya həyəcanı: Üçüncü ölkələr vasitəsilə Rusiyaya raket hissələri tədarük edilir
ABŞ komponentlərinin Rusiya ballistik raketlərində payı tammiqyaslı müharibənin başlanmasından bəri ən yüksək səviyyəyə çatıb. Ukrayna sanksiya təzyiqini gücləndirməyi və üçüncü ölkələr vasitəsilə tədarük kanallarını bağlamağı planlaşdırır.
TodayPress TV “TSN”ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin sanksiya siyasəti məsələləri üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk bildirib.
“Amerikanın mikroelektronikası hələ də Rusiya ballistik raketlərinin əsasını təşkil edir. Hazırda Rusiya ballistik raketlərində ABŞ komponentlərinin payı tammiqyaslı müharibənin bütün illəri ərzində ən yüksək səviyyədədir”, – deyə o qeyd edib.
Bu problemin həlli məqsədilə məmur ABŞ-yə işgüzar səfər edəcəyini açıqlayıb.
Səfərin əsas məqsədi Rusiyaya kritik komponentlərin üçüncü ölkələr, o cümlədən Vyetnam, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və digər dövlətlər vasitəsilə tədarükü kanallarını tamamilə bloklamağa kömək edəcək xüsusi məhdudlaşdırıcı qanun layihəsinin irəli sürülməsidir.
Qiymət Mahir