Şok transfer: Morata Sequndada çıxış etməyə hazırlaşır!

Şok transfer: Morata Sequndada çıxış etməyə hazırlaşır!
27.08.2026 09:20 İdman

“Real” və “Çelsi”nin sabiq hücumçusu Alvaro Morata İtaliyanın “Komo” klubundan ayrılaraq İspaniyanın “Leqanes” komandasına icarəyə keçməyə yaxındır.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında razılaşma yekunlaşmaq üzrədir və hazırda keçidin rəsmiləşdirilməsi üçün son detallar üzərində iş aparılır.

Digər insayder Canluka Di Marzionun sözlərinə görə, transferin qarşısındakı əsas maneə 33 yaşlı hücumçunun yüksək maaşıdır. Bu səbəbdən “Komo”nun futbolçunun əməkhaqqının müəyyən hissəsini ödəməyə davam etməsi ehtimal olunur.

Morata ötən mövsüm bütün turnirlərdə 30 oyunda meydana çıxıb. O, bu görüşlərdə cəmi 1 qol vurub və 2 məhsuldar ötürmə edib. 

“Transfermarkt” portalında futbolçunun bazar dəyəri 6 milyon avro qiymətləndirilir. 

İspaniyalı hücumçunun “Komo” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Morata karyerası ərzində “Real”, “Çelsi”, “Milan”, “Qalatasaray”, “Atletiko” və “Yuventus” kimi klublarda çıxış edib. “Leqanes” isə İspaniyanın ikinci liqası olan Sequndada mübarizə aparır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər