20 şokolad oğurladı, hamısını yedi - Belqorodda qəribə hadisə
Rusiyanın Belqorod şəhərində bir kişi supermarketdən ümumi dəyəri təxminən 2 600 rubl (təxminən 31 dollar) olan 20 plitka şokolad oğurlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Belqorod vilayəti üzrə Daxili İşlər Nazirliyinin İdarəsi məlumat yayıb.
Ticarət şəbəkəsinin nümayəndələri məhsulların itməsi ilə bağlı polisə müraciət ediblər.
Müəyyən edilib ki, oğru alıcı qismində supermarketə gəlib. Şirniyyat qutusu görən şəxs onu götürərək kassadan keçmədən və heç kim tərəfindən fərq edilmədən mağazadan çıxıb.
Şübhəli şəxs qısa müddət sonra saxlanılıb. Onun Valuysk dairəsinin əvvəllər məhkum olunmuş və işsiz sakini olduğu müəyyən edilib. 31 yaşlı kişi oğurladığı bütün şokoladı artıq yediyini bildirib.
Aysel Mətləb