“Biz BMT-ni heç yerdə görmürük!” - Rafael Qrossidən təşkilata SƏRT İRAD

“Biz BMT-ni heç yerdə görmürük!” - Rafael Qrossidən təşkilata SƏRT İRAD
27.08.2026 03:10 Dünya

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Ukrayna və digər böhranların həllində BMT-nin səylərinin görünən nəticələrinin olmadığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Vaşinqtondakı Henri Stimson Mərkəzində çıxışı zamanı danışıb.

“Beynəlxalq arenada mövcud parçalanmanı formalaşdıran münaqişələrə gəldikdə, sizin və bizim bildiyimiz kimi, bunlara Avropada Rusiya ilə Ukrayna arasında münaqişə, Yaxın Şərqdəki münaqişə, Cənubi Sudanda baş verənlər, Sahel regionundakı vəziyyət və ya yaxın vaxtlara qədər Suriyanı əhatə edən şərait daxildir. Mən ötən həftə Suriyada idim. Biz BMT-ni görmürük”, - deyə Qrossi bildirib.

Onun sözlərinəg görə, artıq kifayət qədər uzun müddətdir ki, BMT-nin ona həvalə edilmiş gözləntiləri doğrultmadığı və öz missiyasını yerinə yetirmədiyi barədə fikir mövcuddur:

“Bu məsələ bu gün ortaya çıxmayıb. Söhbət ondan gedir ki, BMT hər yerdə mövcuddur, lakin ona həqiqətən ehtiyac duyulan yerdə yoxdur”.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər