İran müharibəsi İtaliyanın planını dəyişdi! - Müdafiəyə daha az pul ayrılacaq

İran müharibəsi İtaliyanın planını dəyişdi! - Müdafiəyə daha az pul ayrılacaq
27.08.2026 01:30 Dünya

İtaliya hərbiləşdirmə fondundan (SAFE) ilkin olaraq təklif edilən 14 milyard avro əvəzinə 8,9 milyard avro tələb edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri və baş nazir müavini Antonio Tayani məlumat verib.

“Biz daha az vəsaitdən istifadə etmək qərarına gəldik, çünki səhiyyə və sosial siyasətə daha çox investisiya yatırmalıyıq. İranla müharibənin yaratdığı böhran prioritetlərin dəyişməsinə səbəb olub. İlkin olaraq tələb edilən 14 milyard avrodan 8,9 milyard avronu, demək olar ki, 9 milyard avronu ehtiyatda saxladıq”, - deyə o bildirib.

Tayaninin sözlərinə görə, Müdafiə Nazirliyi layihələrin siyahısını hazırlayacaq.

Aysel Mətləb

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər