"Apple" yeni məhsullarını bu tarixdə təqdim edəcək
"Apple" şirkəti yeni məhsullarının təqdimatını sentyabrın 9-da keçirəcək.
TodayPress TV xəbər verir ki, şirkətin builki təqdimatının şüarı "Surprise and shine" (Sürpriz və parla) olacaq.
"Apple" tədbirdə hansı məhsulların təqdim ediləcəyini rəsmi olaraq açıqlamayıb.
"Bloomberg"in məlumatına görə, sentyabr təqdimatında "iPhone 18 Pro", "iPhone 18 Pro Max", eləcə də şirkətin ilk qatlanan smartfonunun təqdim olunması gözlənilir.
Aysel Mətləb