Lekler nikbindir: “Ferstappenin uğurlarının bir hissəsinə çatmaq istəyirəm

Lekler nikbindir: “Ferstappenin uğurlarının bir hissəsinə çatmaq istəyirəm
21.08.2026 11:43 İdman

“Ferrari” pilotu Şarl Lekler “Formula-1”in dördqat dünya çempionu Maks Ferstappenin uğura gedən yolunu təkrarlamağa çalışmağın düzgün yanaşma olmadığını bildirib.

TodayPress TV “RacingNews365”ə istinadən xəbər verir ki, monakolu pilot açıqlamasında hər pilotun və komandanın vəziyyətinin fərqli olduğunu vurğulayıb.

“Maksın artıq inanılmaz karyerası var, o, dörd dünya çempionluğu qazanıb. Mən hələ buna nail olmamışam. Amma düşünürəm ki, hər vəziyyət fərdidir. Mənim üçün sadəcə Maksın keçdiyi yolla getmək səhv olardı.

Bundan əlavə, Maksın komanda daxilində belə nəticələr əldə etmək üçün konkret olaraq nə etdiyini bilmirəm. Bunu təsəvvür etməyə və bunun üçün nəyin lazım olduğunu təxmin etməyə çalışmaq düzgün olmazdı. Bunun əvəzinə komandadakı öz vəziyyətimə və prosesə diqqət yetirməyə üstünlük verirəm”, – deyə Lekler bildirib.

“Ferrari” pilotu komandanın inkişaf istiqamətini də açıqlayıb. Onun sözlərinə görə, hazırda “Mercedes” favorit olsa da, “Ferrari” zəif tərəflərini müəyyənləşdirib və növbəti aylarda üzərində işləməli olduğu məsələləri bilir.

Lekler bildirib ki, yeni bolidin hazırlanmasına son aylarda ciddi iş görülüb. Mövsümün ilk hissəsinin komanda üçün uğurlu keçdiyini deyən pilot qarşıdakı aylarda həyata keçiriləcək dəyişikliklərin ona nikbinlik verdiyini vurğulayıb.

O, əsas diqqətini komanda daxilində baş verənlərə və nəzarət edə bildiyi məsələlərə yönəltdiyini qeyd edərək Ferstappenin son illərdə qazandığı uğurların ən azı bir hissəsinə çatmağa ümid etdiyini bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər