9 aylıq məfxi missiya başa çatdı: "USS Abraham Lincoln" Kaliforniyaya qayıdır
ABŞ-nin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi Yaxın Şərqdəki missiyasını başa vurub.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
“USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi doqquz aydan sonra Yaxın Şərqi tərk edərək ABŞ-ın Kaliforniya ştatındakı San-Diyeqo bazasına qayıdır.
Bununla belə, gəminin hələ ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasını tərk etmədiyi bildirilir.
Jurnalistlərin məlumatına görə, regionda “Abraham Lincoln”u Yaponiyadan göndərilmiş “USS George Washington” təyyarədaşıyan gəmisi əvəz edəcək.
Qeyd olunur ki, göyərtəsində 5 min ekipaj üzvünün olduğu təyyarədaşıyan zərbə qrupu 2025-ci ilin noyabr ayının sonunda San-Diyeqodakı daimi bazasını tərk edib.
"CBS News"un məlumatına görə, ötən il fevralın 28-də İranla başlayan silahlı münaqişə təyyarədaşıyan gəminin missiyasını uzadıb və dənizçilərin üzərinə düşən yükü artırıb. “Abraham Lincoln” minlərlə aviasiya uçuşunun həyata keçirilməsi üçün əsas platforma olub.
Qiymət Mahir