Latviyada məktəblilər üçün dron təlimləri keçirilir

Latviyada məktəblilər üçün dron təlimləri keçirilir
21.08.2026 12:41 Dünya

Latviyada orta məktəb şagirdləri üçün dron idarəetməsi və NATO standartlarının öyrədildiyi yay sessiyaları təşkil olunur.

TodayPress TV xəbər verir ki, Latviya Gənclərin Müdafiəsi Mərkəzi yüksək tələbat səbəbindən ümumilikdə 12 yay sessiyası keçirir.

Avqustun 11-20-də Kuldiga bölgəsində təşkil olunan növbədə 27 şagird milli müdafiə proqramı üzrə təlim keçib. Növbəti sessiyanın avqustun 31-də keçirilməsi planlaşdırılır.

10 günlük proqram çərçivəsində şagirdlər aeronavtika və meteorologiyanın əsaslarını, hava məkanının təsnifatını, NATO qaydalarını, həmçinin kamuflyaj prinsiplərini öyrənirlər. Onlara NATO fonetik əlifbası da tədris olunur.

Təlimlər dövlət məktəblərinin yuxarı sinif şagirdləri və texniki məktəblərin ilk üç kursunda oxuyan gənclər üçün nəzərdə tutulub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər