2000 il əvvəl tikilən darvazadakı sirli işarələrin mənası açıldı

2000 il əvvəl tikilən darvazadakı sirli işarələrin mənası açıldı
21.08.2026 12:56 Maraqlı

Qədim Liviyada 2000 ildən çox əvvəl inşa edilən monumental darvazanın daş bloklarında aşkar olunan 626 işarə qədim tikinti işlərinin necə təşkil edildiyi barədə maraqlı məlumatlar ortaya çıxarıb.

TodayPress TV xəbər verir ki, Varşava Universitetinin arxeoloqu Anna Kordas Ptolemaisdəki Tauçira qapısında qorunub saxlanılan işarələri araşdırıb.

Tədqiqat zamanı 27 müxtəlif növ simvol müəyyən edilib. Mütəxəssis hesab edir ki, bu işarələr sadəcə daş ustalarının imzası olmayıb. Onlar daşların karxanadan çıxarılması, emalı, daşınması və tikilidə düzgün yerinə yerləşdirilməsini təşkil edən sistemin bir hissəsi ola bilərdi.

İşarələrin bir qismi yunan əlifbasının hərflərindən – alfa, beta, qamma, delta, epsilon, zeta və eta-dan ibarətdir. Bu simvolların təkrarlanması tikintidə ən azı 7 ayrı komandanın iştirak etdiyini göstərir.

Digər işarələr isə müxtəlif hərflərdən ibarət monoqramlardır. Onların konkret emalatxanaları və ya tikintini maliyyələşdirən varlı şəxsləri göstərməsi ehtimal olunur.

Tədqiqatçının fikrincə, simvollar həmçinin qədim dövrdə tikinti işlərinin maliyyələşdirilməsi və işçilərin əməyinin qeydiyyatı barədə məlumat verə bilər.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

2000 il əvvəl tikilən darvazadakı sirli işarələrin mənası açıldı — 1
2000 il əvvəl tikilən darvazadakı sirli işarələrin mənası açıldı — 2
XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər