Mourinyodan rəqiblərə xəbərdarlıq: “Heyətimizdə zəif mövqe yoxdur!”

Mourinyodan rəqiblərə xəbərdarlıq: “Heyətimizdə zəif mövqe yoxdur!”
21.08.2026 10:53 İdman

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo komandanın hazırkı heyətini yüksək qiymətləndirib. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  

Portuqaliyalı mütəxəssis bildirib ki, klubun heyəti balanslıdır və hər mövqedə kifayət qədər keyfiyyətli futbolçu var.

“Bu, yaxşı, çox yaxşı və inanılmaz dərəcədə güclü futbolçulardan ibarət komandadır. Heyətimizdə zəif mövqe yoxdur. Bu, çox balanslı komandadır. Heyət uzunmüddətli təhlil və ünsiyyət nəticəsində, emosiyalara və kənar təzyiqlərə yol vermədən formalaşdırılıb.

Biz qərarları siyasi yanaşma ilə qəbul etməmişik. Bir tərəfdə mən və məşqçilər korpusum texniki təhlillərlə, digər tərəfdə isə prezident, Xose Anxel Sançes və Xuni Kalafat öz baxışları ilə iştirak ediblər. Məncə, nəticədə çox dolğun və balanslı heyət formalaşdırmışıq.

Futbolçuların sayı optimaldır. Hazırda ehtiyat oyunçular skamyasında olan futbolçu bilir ki, sabah əsas heyətdə meydana çıxa bilər. Bu, şişirdilmiş deyil, balanslı heyətdir. Oyun modelimizə uyğun olaraq hər mövqedə iki futbolçu var və mən bu heyəti çox bəyənirəm”, – deyə Mourinyo bildirib.

Mütəxəssis həmçinin futbolçuların gündəlik məşqlərdəki fəaliyyətindən razı olduğunu vurğulayıb və altı həftəlik hazırlıq prosesindən sonra komanda barədə yalnız müsbət təəssüratlarının yarandığını qeyd edib.

Qeyd edək ki, Joze Mourinyo avqustun 18-də Madrid “Real”ının baş məşqçisi kimi təqdim olunub. Onun İspaniya klubu ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər