Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
21.08.2026 09:44 Sənaye və energetika

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

TodayPress TV xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,2 dollar və ya 1,26% artaraq 96,68 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 95,48 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər