“Qarabağ”dan tarixi zəfər, Azərbaycan futbolundan rekord nəticə!
Azərbaycan klubları UEFA reytinqində cari mövsüm üçün xal sayını 3,375-ə çatdırıblar.
TodayPress TV xəbər verir ki, bu, ölkə futbolu üçün təsnifat və pley-off mərhələlərində rekord göstəricidir.
Peşəkar Futbol Liqasının məlumatına görə, rekord nəticə “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Niderlandda “Tvente”yə 1:0 hesabı ilə qalib gəlməsindən sonra qeydə alınıb.
Azərbaycan klubları indiyədək avrokubokların təsnifat və pley-off mərhələlərində bir mövsümdə bu qədər xal toplamayıb.
Bundan əvvəlki rekord 3,125 xal olub. 2015/16 mövsümündə qeydə alınan bu göstərici 11 il sonra yenilənib.
Namiq HUN