Slovakiya NATO-nun “Şərq Keşikçisi” əməliyyatına qoşulur

Slovakiya NATO-nun “Şərq Keşikçisi” əməliyyatına qoşulur
27.08.2026 14:23 Dünya

Slovakiya NATO-nun şərq cinahının hava məkanının qorunmasına yönəlmiş “Şərq Keşikçisi” əməliyyatına qoşulmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, Slovakiya hərbçiləri Polşa və Rumıniyada yerləşdiriləcək.

Slovak hərbçilər hava məkanına nəzarət edəcək və NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminə dəstək verəcəklər.

“Şərq Keşikçisi” əməliyyatı 2025-ci il sentyabrın 12-də NATO-nun Baş katibi Mark Rutte tərəfindən elan edilib. Qərar Polşanın hava məkanında PUA insidentindən sonra Varşavanın müraciəti əsasında NATO Müqaviləsinin 4-cü maddəsi çərçivəsində keçirilən məsləhətləşmələrdən sonra qəbul olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər