“Barselona” yeni qapıçısını tapdı: Livakoviç Kataloniyada!

“Barselona” yeni qapıçısını tapdı: Livakoviç Kataloniyada!
27.08.2026 14:20 İdman

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç Türkiyənin “Fənərbağça” klubundan İspaniyanın “Barselona” komandasına keçib.

TodayPress TV xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər futbolçunun transferi ilə bağlı razılığa gəlib. Livakoviç “Barselona” ilə 2030-cu il iyunun 30-dək qüvvədə olacaq dördillik müqavilə imzalayacaq.

Karyerasına “Zadar” və “Zaqreb”in akademiyalarında başlayan Livakoviç 2012/2013-cü illər mövsümündə “Zaqreb”in əsas komandasında debüt edib. O, burada dörd mövsüm keçirdikdən sonra 2016/2017-ci illər mövsümündə Xorvatiyanın “Dinamo” Zaqreb klubuna transfer olunub.

Qapıçı “Dinamo”da yeddi mövsüm ərzində 295 oyuna çıxıb, 249 qol buraxıb və 137 matçda qapısını toxunulmaz saxlayıb. Livakoviç “Dinamo” Zaqreb klubunun heyətində yeddi dəfə Xorvatiya çempionu olub.

Onun uğurlu çıxışı 2023-cü ilin yayında “Fənərbağça”ya keçməsinə səbəb olub. İstanbul klubunda iki mövsüm ərzində 74 matç keçirən qapıçı bunların 24-də qapısını toxunulmaz saxlayıb.

2025-ci ilin yayında Livakoviç icarə əsasında “Jirona”ya keçsə də, burada heç bir oyunda meydana çıxmayıb. Daha sonra qış transfer pəncərəsində icarə əsasında “Dinamo” Zaqrebə qayıdıb. O, bu müddətdə 15 matçda 10 qol buraxıb və səkkiz görüşdə “quru” oyun keçirib. Livakoviçin çıxışı “Dinamo”nun çempionluq qazanmasına kömək edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 AVQUST 2026
Bütün Xəbərlər