U-17 dünya çempionatında güləşçilərimizdən inamlı çıxış!
Bakıda keçirilən çimərlik güləşi üzrə U-17 dünya çempionatında təsnifat mərhələsinin görüşləri keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Oğlanların yarışında Elcan Həsənov (60 kq) Ukrayna təmsilçisi Kiril Nahırnıya hər iki görüşdə qalib gəlib. Nihad Süleymanlı (80 kq) isə Qazaxıstan təmsilçisi Daniyar Beysənkulunu təsnifat mərhələsinin hər iki görüşündə məğlub edib.
Elgün Kərimli (90 kq) də Azərbaycan təmsilçisi Elvin Hacıquluzadə ilə keçirdiyi hər iki təsnifat görüşündən qalib ayrılıb.
Qızların yarışında Gülnar Ağadadaşova (45 kq) digər Azərbaycan təmsilçisi Nərgiz Adilovanı üç təsnifat görüşünün hamısında üstələyib.
Günel Kərimli (55 kq) isə Seneqal təmsilçisi Elizabet Diattaya qarşı keçirdiyi üç təsnifat görüşünün nəticəsinə əsasən məğlub olub.
Namiq HUN