Ağdamda minalanmış ərazidə yanğın başladı - SON DƏQİQƏ
Ağdamda genişmiqyaslı yanğın başlayıb.
TodayPress TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Abdal-Gülablı kəndində baş verib.
Yanğın qısa müddətdə 30 hektar əraziyə yayılıb.
Əraziyə Ağdam və Xocalı rayonlarının yanğınsöndürənləri cəlb edilib. Ərazinin minalı olması yanğına müdaxiləni çətinləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.