25 623 abituriyentin taleyi necə olacaq?

25 623 abituriyentin taleyi necə olacaq?
20.08.2026 21:00 Elm və Təhsil

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

TodayPress TV xəbər verir ki, 61516 plan yerinə qarşı 87 139 abituriyent seçim edib.

Təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu rəqəmlər 25 623 nəfərin ali məktəblərə qəbuldan kənarda qalacağını göstərir:

“Təəssüf ki, artıq indidən xaricdə “atestatla qəbul” vədi verən müxtəlif şirkətlər də aktivləşməyə başlayıb.

Xaricdə təhsil almaq, əlbəttə, yaxşı seçim ola bilər. Amma burada əsas məsələ abituriyenti sadəcə xarici universitetə yerləşdirmək deyil. Universitetin ad-sanı, diplomun gələcəkdə tanınması, təhsilin keyfiyyəti və tələbənin sonrakı karyera imkanları əvvəlcədən araşdırılmalıdır.

Əks halda, bu gün “universitetə qəbul olundum” sevinci yaşayan gənc sabah diplomunun tanınması, təhsilin davamı və ya işə qəbul zamanı ciddi problemlərlə üzləşə bilər.

Valideynlərə çağırışımız: tələsik qərar verməyin! “100% qəbul”, “imtahansız qəbul”, “atestatla universitetə yerləşdirmə” kimi vədlərə kor-koranə inanmayın”.

Dövlət İmtahan Mərkəzi bəyan edib ki, ixtisas seçiminin nəticələri növbəti həftə ərzində elan olunacaq.

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər