Zelenski ABŞ istiqamətini dəyişir? – “Yeni yanaşmalar olacaq”
Ukraynanın diplomatik komandasında kadr qərarları və yeni yanaşmalar hazırlanır, ABŞ istiqaməti də dəyişikliklərə məruz qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkəyə beynəlxalq arenada yeni nəticələr lazımdır, buna görə də diplomatik korpusda müvafiq dəyişikliklər baş verəcək.
“Biz qərarlar hazırlayırıq, diplomatik komandada bəzi istiqamətlər, o cümlədən Amerikada yeni yanaşmalara ehtiyac var. Müvafiq məsləhətləşmələrdən sonra təyinatlar olacaq. Ukraynaya nəticələr lazımdır”, - deyə Zelenski vurğulayıb.
Aysel Mətləb